Türkiyənin xarici işlər naziri Hakan Fidan ilə ABŞ Dövlət katibi Marko Rubio arasında telefon danışığı olub.
"Far.Az"un verdiyi məlumata görə, bu barədə "TRT" xəbər yayıb.
Söhbət zamanı bölgədəki son vəziyyət, İrandan atıldıqdan sonra Türkiyənin hava məkanına yönəldiyi müəyyən edilən və zərərsizləşdirilən ballistik raket müzakirə olunub.