AZ

ABŞ İrana qoşun göndərəcək? Ağ Ev açıqladı

ain.az, Lent az portalına istinadən məlumat verir.

"ABŞ-ın hələlik İrana qoşun göndərmək planı yoxdur."

Lent.az xəbər verir ki, bu barədə Ağ Evin mətbuat katibi Kerolin Livitt brifinqində bildirib.

Ağ Ev sözçüsü qeyd edib ki, ABŞ-ın İrandakı hərbi planlarında hazırda quru qoşunların istifadəsi ykxdur, lakin belə bir ehtimal istisna edilə bilməz.

"Bu, hazırkı planların bir hissəsi deyil” , - o qeyd edib.

Karolin Livitt Prezident Donald Trampın kürd qüvvələrinin İrana göndərilməsini müzakirə etdiyi barədə məlumatları təkzib edib.

O bu barədə xəbərləri yalan adlandırıb. Trampım kürd liderləri ilə söhbətinin bölgədəki ABŞ bazalarına yönəldiyini bildirib.

Karolin Liviitt, eyni zamanda, ABŞ kəşfiyyat orqanlarının İranın yeni ali rəhbrıərinin seçilməsini izlədiyini qeyd edib.

Onun sözlərinə görə, ABŞ tərəfi hesab edir ki, bu barədə hər hansı bir nəticə çıxarmaq hələ tezdir.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
84
1
lent.az

7Mənbələr