AZ

Cəbrayıl rayonunun Şükürbəyli kəndinə köçlə bağlı püşkatma mərasimi keçirilib - FOTOLAR / AÇIQLAMA

Cəbrayıl rayonunun Şükürbəyli kəndinə köçlə bağlı püşkatma mərasimi keçirilib. Tədbirdə keçmiş məcburi köçkünlər öz doğma yurdlarına qayıdacaqları üçün sevinc hisslərini bölüşərək Ali Baş Komandana, Azərbaycan Ordusuna və qazilərimizə dualar edib, şəhidlərimizin əziz xatirəsini ehtiramla yad ediblər.

QHT.az xəbər verir ki, mərasimi Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi yanında fəaliyyət göstərən İctimai Şuranın üzvləri də müşahidə ediblər. İctimai Şuranın sədri, Sağlam İnkişaf və Maarifləndirmə İctimai Birliyinin sədri Anar Xəlilov və Şura üzvü Səbuhi müəllim püşkatma prosesində iştirak edərək şəffaflığın təmin olunmasına nəzarət ediblər.

Anar Xəlilov bildirib ki, doğma torpaqlarına qayıdan keçmiş məcburi köçkünlər üçün bu gün tarixi və qürurverici bir gündür.

“Şükürbəylilər Ali Baş Komandana, ordumuza və qazilərimizə dualar söylədilər, şəhidlərimizə rəhmət dilədilər. İctimai Şura üzvləri olaraq biz də püşkatma mərasimini müşahidə etdik və yurdlarına geri dönən keçmiş məcburi köçkünlərimizi İctimai Şura adından təbrik edirik”, – deyə o qeyd edib.

 

Pərvanə Fərhadqızı

Seçilən
120
qht.az

1Mənbələr