AZ

QHT sədri son 7 ildə icra olunan sosial islahat paketlərinin nəticələri AÇIQLAYIB

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında İctimai Şuranın üzvü, “Sosial-İqtisadi və Kənd Təsərrüfatının İnkişafına Dəstək” İctimai Birliyinin sədri Zülfiyyə Nuriyeva son illərdə ölkədə həyata keçirilən sosial islahatların nəticələrinə dair fikirlərini bölüşüb.

QHT.az xəbər verir ki, Zülfiyyə Nuriyeva bildirib ki, son 7 ildə Prezident İlham Əliyevin Fərman və Sərəncamları əsasında icra edilən 5 böyük sosial islahat paketi əhalinin sosial rifahının yüksəldilməsinə mühüm töhfə verib:

"Tarixi Zəfərdən sonra dövlət başçısının həyata keçirdiyi uğurlu siyasət nəticəsində Azərbaycan dinamik inkişaf edən ölkələrdən birinə çevrilib, həm regional, həm də beynəlxalq səviyyədə nüfuzunu daha da möhkəmləndirib. Azərbaycan sosial dövlət kimi güclü sosial siyasət həyata keçirərək bir çox ölkələr üçün nümunə göstərilir. Həyata keçirilən sosial islahatlar nəticəsində bir sıra mühüm göstəricilərdə ciddi artımlar qeydə alınıb. Belə ki, minimum əməkhaqqı 3,1 dəfə artırılaraq 130 manatdan 400 manata çatdırılıb. Orta aylıq əməkhaqqı isə iki dəfə artaraq 545 manatdan 2025-ci il dekabrın 1-nə olan məlumata görə 1089,2 manata yüksəlib. Eyni zamanda, müavinət və təqaüd ödənişləri üçün ayrılan illik vəsait 5 dəfə artırılıb. Ünvanlı dövlət sosial yardımının hər ailəyə düşən orta aylıq məbləği 2,4 dəfə artaraq 175 manatdan 422 manata çatdırılıb. Bununla yanaşı, yaşayış minimumu 73 faiz artırılaraq 173 manatdan 300 manata, ehtiyac meyarı isə 2,3 dəfə artırılaraq 130 manatdan 300 manata yüksəldilib".

Zülfiyyə Nuriyeva vurğulayıb ki, əhalinin sosial rifahının yaxşılaşdırılması dövlətin sosial siyasətinin əsas istiqamətlərindən biridir və həyata keçirilən islahatlar vətəndaşların həyat səviyyəsinin yüksəldilməsinə xidmət edir.

 

Pərvanə Fərhadqızı

Seçilən
57
qht.az

1Mənbələr