AZ

Nazirlik bu oyuncağın satışını qadağan etdi Marketlərdən yığışdırılır (FOTO)

ain.az bildirir, Demokrat.az portalına istinadən.

Türkiyədə sağlamlıq üçün riskli sayılan peluş oyuncaq-aksesuarın satışının dayandırılması Azərbaycanda da uşaq məhsullarının təhlükəsizliyi məsələsini yenidən gündəmə gətirib. Türkiyə Ticarət Nazirliyi tərəfindən aparılan yoxlamalarda məhsulun tərkibində normadan artıq fitalat maddəsi, eləcə də etiket və xəbərdarlıq hissələrində ciddi uyğunsuzluqlar aşkar edilib. Oyuncağın asanlıqla qopan kiçik detalları isə boğulma riski yaradır.

Demokrat.az xəbər verir ki, məlum qərardan sonra yerli bazarda da oxşar peluş oyuncaqların təhlükəsizlik standartlarına uyğunluğu məsələsi aktuallaşıb. Azərbaycanda satışda olan uşaq məhsullarının keyfiyyətinə nəzarətin gücləndirilməsinin vacibliyi vurğulanır. Valideynlərə oyuncaq alarkən etiket məlumatlarına, məhsulun tərkibinə və hissələrinin möhkəmliyinə diqqət yetirmək tövsiyə olunur.

Hazırda Türkiyədə təhlükəli hesab edilən məhsulların ticarət şəbəkələrindən yığışdırılması davam edir. Qərarın region ölkələrində, o cümlədən Azərbaycanda da nəzarət tədbirlərinə təsir göstərəcəyi gözlənilir.

Qeyd edək ki, fitalatlar plastik məmulatların elastikliyini artırmaq üçün istifadə olunan kimyəvi maddələrdir. Bu maddələrin yüksək miqdarı uşaqlarda hormonal pozuntulara və digər sağlamlıq risklərinə səbəb ola bilər.İsmayıl

Demokrat.az

 

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
23
demokrat.az

1Mənbələr