AZ

Çin 2026-cı ildə yumşaq pul-kredit siyasətinə keçir

Çin 2026-cı ildə yumşaq pul-kredit siyasətinə keçir

Çin hakimiyyəti 2026-cı ildə ölkə iqtisadiyyatını stimullaşdırmaq məqsədilə mülayim yumşaq monetar siyasət yürütməyi planlaşdırır.

AFN.az Çin mediasına istinadən xəbər verir ki, bu barədə 14-cü çağırış Ümumçin Xalq Nümayəndələri Yığıncağının 4-cü sessiyasında təqdim olunan hesabatda qeyd edilib. Rəsmi Pekin milli valyuta olan yuanın məzənnəsini balanslı səviyyədə saxlamaqla yanaşı, iqtisadi artımı və qiymətlərin rasionallaşdırılmasını əsas hədəf seçib.

Hökumət iqtisadiyyatın real sektorunu dəstəkləmək üçün məcburi ehtiyat normalarının və faiz dərəcələrinin aşağı salınması daxil olmaqla, müxtəlif maliyyə alətlərindən çevik istifadə edəcək. Hesabatda həmçinin kredit bazarının tənzimlənməsi, maliyyələşmə xərclərinin azaldılması və likvidliyin lazımi səviyyədə təmin olunması prioritet istiqamətlər kimi göstərilib. Bu addımların pul kütləsinin artımını ümumi iqtisadi hədəflərlə uyğunlaşdıracağı gözlənilir.

Seçilən
72
afn.az

1Mənbələr