Bakı. Trend:
Martın 3-də Bakı Cənub Qaz Dəhlizi Məşvərət Şurasıçərçivəsində nazirlərin 12-ci və Yaşıl Enerji Məşvərət Şurasıçərçivəsində nazirlərin 4-cü iclaslarına evsahibliyi etdi. Buiclaslar hər şeydən öncə Azərbaycan Prezidenti İlham Əliyevinyürütdüyü enerji siyasətinin ardıcıl və uzaqgörən olduğunun, qlobalçağırışlara əsaslandığını və respublikamızın siyasi və iqtisadimaraqlarını qətiyyətlə təmin etdiyini göstərdi.
Qeyd edək ki, Cənub Qaz Dəhlizi Məşvərət Şurası formatındaəməkdaşlıq mexanizminin formalaşdırılması Prezident İlham Əliyevinenerji diplomatiyasının mühüm elementlərindən biridir. Ötən illərinmənzərəsi göstərir ki, Avropa Komissiyasının da yaxından dəstəkverdiyi Məşvərət Şurası formatında əməkdaşlıq Cənub Qaz Dəhlizilayihəsinin icrasına mühüm töhfələr verib. Prezident İlham ƏliyevCənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 12-ci vəYaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 4-cüiclaslarında çıxışında bununla bağlı deyib:
“Bu təşəbbüsün davamlılığını nümayiş etdirməsindən artıqon ildən çox vaxt keçir və 12 il əvvəl bu təşəbbüsə başladığımızdövrlə müqayisədə birlikdə - məhz birlikdə toplaşmağın və enerjitəhlükəsizliyinə dair mühüm məsələləri müzakirə yolu ilə həlletməyin nə dərəcədə vacib olduğunu indi daha aydın şəkildəanlayırıq”.
Beləliklə, həm Məşvərət Şurasının yaradılması, həm də Cənub QazDəhlizi ilə bağlı digər vacib vəzifələrin uğurla yerinə yetirilməsigöstərir ki, bu strateji layihənin həyata vəsiqə alması məhzPrezident İlham Əliyevin qətiyyətinə və siyasi iradəsinə əsaslanıb.Prezident İlham Əliyev bütün maraqlı tərəfləri, bütün siyasi vəiqtisadi strukturları bu layihə ətrafında səfərbər etdi, onlarıkomanda halında birləşdirdi. Respublikamızdan Avropaya 3500 kmməsafə qət edən bu enerji dəhlizinin 2020-ci ilin sonundan etibarəntam gücü ilə işə salınması və Xəzərdən hasil olan təbii qazınAvropa dövlətlərinə çatdırılması Azərbaycanın enerji siyasətininnövbəti təntənəsi oldu. Bununla da respublikamız daha bir siyasi vəiqtisadi marağını inamla təmin etdi. Cənub Qaz Dəhlizi ilə Avropayatəbii qazın nəqli nəticəsində Azərbaycanla Aİ arasındakısiyasi-iqtisadi münasibətlər yeni keyfiyyət dövrünə qədəm qoydu.Habelə Azərbaycanın Aİ üzvlərinin üçdə biri ilə əlaqələri stratejitərəfdaşlıq səviyyəsinə yüksəldi.
Son illərdə Avrasiya məkanında baş verən hadisələr Cənub QazDəhlizi kimi enerji infrastrukturlarının fonunda Azərbaycanınenerji siyasətinin nə qədər mükəmməl olduğunu bir daha təsdiq edir.Ötən ilə qədər Azərbaycan Cənub Qaz Dəhlizi vasitəsilə 12 dövlətətəbii qaz ixrac edirdi. Bu gün isə həmin dövlətlərin sayı 16-yaçatıb ki, onlardan da 10-u Aİ üzvüdür. Bir müddət əvvəlAzərbaycanın Almaniyaya və Avstriyaya da qaz tədarükünə başlamasırespublikamızın Avropanın enerji bazarlarında ildən ilə güclənənmövqeyindən xəbər verir.
Qarşıdakı planlara gəldikdə, Prezident İlham Əliyevin qeydetdiyi kimi, Azərbaycan Avropanın enerji bazarında mövcudluğunugenişləndirmək niyyətindədir. Azərbaycanın dəqiqləşdirilmiş təbiiqaz ehtiyatları buna tam imkan verir. Belə ki, cari ildə“Azəri-Çıraq-Günəşli” yatağının dərin qaz laylarından hasilatınbaşlanması gözlənilir. Bundan başqa qarşıdakı dövrdə “Abşeron”yatağının tammiqyaslı işlənmə mərhələsinin başlanması və “Ümid”yatağından ikinci mərhələ üzrə hasilata başlanması gözlənilir.Azərbaycanın ixrac etdiyi təbii qazın əsas mənbəyi olan “Şahdəniz”yatağı üzrə də qarşıdakı illərdə hasilat səviyyəsi daha dayüksələcək. Cənub Qaz Dəhlizi artıq tam yüklənmiş vəziyyətdəolduğuna görə qarşıdakı dövrdə mövcud qaz nəqli infrastrukturunungenişləndirilməsi də diqqət mərkəzində olacaq.
Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 12-civə Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 4-cüiclaslarında iştirak edən Avropa Komissiyasının enerji və mənzilsiyasəti üzrə komissarı Dan Yorgensenin “Azərbaycanın qazı, qaztəchizatı Avropa İttifaqının enerji təhlükəsizliyinin mühüm sütunuolaraq qalacaq. Öz növbəsində, Avropa İttifaqı yaxın gələcəkdəAzərbaycan qazının etibarlı müştərisi olaraq qalacaq” deməsiAzərbaycanın Avropanın enerji təhlükəsizliyindəki strateji rolununtəsdiqi oldu.
Bu gün əsas qlobal çağırışlardan biri "yaşıl enerji"yə keçiddir.Bu çağırışı zamanında dəyərləndirən Azərbaycan bu sahədə də mühümirəliləyişə nail olub. Respublikamız alternativ enerji mənbələriyaradır, “yaşıl” və bərpaolunan enerjiyə sürətli keçid edir. Bunagörə Cənub Qaz Dəhlizi Məşvərət Şurası artıq 4-cü ildir ki, “yaşılenerji” məsələlərini əhatə edir və Azərbaycan ənənəvi enerjisahələrində olduğu kimi Avropaya "yaşıl enerji"nin ixracı ilə dəbağlı etibarlı təməllər yaradır.
Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 12-civə Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 4-cüiclaslarında çıxışında Prezident İlham Əliyev respublikamızın busahədəki nailiyyətləri və qarşıda dayanan vəzifələr barədə məlumatverdi. Bu ilin yanvar ayında Azərbaycanda regionun ən böyük küləkelektrik stansiyası olan 240 meqavatlıq “Xızı-Abşeron” KüləkElektrik Stansiyası istifadəyə verilib. 2023-cü ilin oktyabr ayındaisə respublikamızda Xəzər regionunda və MDB məkanında ən böyükgünəş elektrik stansiyası olan 230 meqavatlıq "Qaradağ" GünəşElektrik Stansiyası istifadəyə verilib.
Qeyd edim ki, 2022-ci il dekabr ayında Rumıniyada “AzərbaycanRespublikası, Gürcüstan, Rumıniya və Macarıstan Hökumətləriarasında "yaşıl enerji"nin inkişafı və ötürülməsi sahəsindəstrateji tərəfdaşlıq haqqında Saziş” imzalanıb. Bu saziş göstərirki, Azərbaycanın "yaşıl enerji" layihələri Aİ tərəfindəndəstəklənir. Prezident İlham Əliyevin qeyd etdiyi kimi ölkəmizdə2032-ci ilə qədər alternativ enerji mənbələrindən 6-8 giqavatelektrik enerjisinin əldə edilməsi gözlənilir. Bu da onu göstərirki, yaxın gələcəkdə Azərbaycanın Avropanın enerji təchizatında roludaha da yüksələrək, ənənəvi enerji resursları ilə yanaşı, “yaşılenerji”ni əhatə edəcək.
Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 12-civə Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 4-cüiclasları bir daha təsdiqlədi ki, Azərbaycanın təşəbbüsləri iləərsəyə gələn Cənub Qaz Dəhlizi və respublikamızın “yaşıl enerji”layihələri qlobal səviyyədə yüksək dəyərləndirilir. AvropaKomissiyasının enerji və mənzil siyasəti üzrə komissarı DanYorgensenin, 27 ölkə, 11 beynəlxalq maliyyə institutu və təşkilat,həmçinin 49 enerji şirkətinin təmsilçilərinin iclaslarda iştiraketmək üçün Bakıya gəlmələri bunu təsdiq edir.
Bir məsələni də qeyd etmək istərdim ki, Azərbaycanın enerjilayihələri ilə bağlı antiazərbaycançı şəbəkələr tərəfindənqarayaxma kampaniyalarının həyata keçirilməsinə cəhdlər göstərilir.Məlum olduğu kimi vaxtilə Bakı-Tbilisi-Ceyhan neft kəmərinin guyaekoloji problemlər yaratdığını iddia edən antiazərbaycançı dairələrbu layihənin icrasının qarşısını almaq üçün beynəlxalq səviyyədəməkrli plan işə salmışdılar. Lakin cənab Prezident İlham Əliyevinqətiyyəti və siyasi iradəsi nəticəsində həmin plan iflasauğradıldı. Həmçinin ayrı-ayrı vaxtlarda Azərbaycanın təbii qazehtiyatları ilə də bağlı qərəzli və həqiqətə uyğun olmayaninformasiyalar dövriyyəyə buraxılıb. Bu kimi təxribatçı fəaliyyətinəsas icraçıları həm də bəzi qərb ölkələrində məskunlaşan sapıözümüzdən olan baltalardır. Azərbaycana qarsı olan siyasidairələrin təlimatları əsasında bu antimilli ünsürlərrespublikamızın enerji siyasətinə kölgə salmağa çalışırlar. Lakindövlətimiz həm neft-qaz, həm də "yaşıl enerji"yə keçid sahəsindəəldə etdiyi nailiyyətlərlə antimilli şəbəkənin bu istiqamətdəkitəxribatçı fəaliyyətlərini də iflasa uğradır.
Xanlar Fətiyev,
Milli Məclisin deputatı