AZ

Azərbaycan Kuboku: Son 2 yarımfinalçı müəyyənləşəcək

Azərbaycan Kubokunda 1/4 final mərhələsinə bu gün yekun vurulacaq.

Msport.az xəbər verir ki, sonuncu oyun günündə daha iki cavab matçı keçiriləcək.

Günün ilk qarşılaşmasında “Turan Tovuz” “Kəpəz”in qonağı olacaq. Qarşılaşma Yevlax şəhər stadionunda, saat 14:30-da start götürəcək. İlk görüşdə Tovuz klubu qalib gəlib – 1:0. Cütün qalibi yarımfinalda “Zirə” ilə üz-üzə gələcək.

Günün ikinci matçında “Sabah” səfərdə “Qəbələ” ilə üz-üzə gələcək. Oyun Qəbələ şəhər stadionunda, saat 18:00-da başlayacaq. Bakıda gerçəkləşən qarşılaşma qolsuz bitib. Cütün qalibi növbəti raundda “Qarabağ”a rəqib olacaq.

 

Azərbaycan Kuboku

1/4 final, cavab oyunları

5 mart

 

14:30. “Kəpəz” – “Turan Tovuz”

Hakimlər: Cavid Cəlilov, Kamran Bayramov, Müslüm Əliyev, İslam Məmmədov

VAR: Kamranbəy Rəhimov

AVAR: Akif Əmirəli

Hakim-inspektor: Rövşən Əhmədov

AFFA nümayəndəsi: Anar Şixəliyev

Yevlax şəhər stadionu

 

18:00. “Qəbələ” – “Sabah”

Hakimlər: Rəvan Həmzəzadə, Cəmil Quliyev, Şirmamed Mamedov, Əli Əliyev

VAR: Kamal Umudlu

AVAR: Elvin Bayramov

Hakim-inspektor: Asim Xudiyev

AFFA nümayəndəsi: Yavər Rəhimov

Qəbələ şəhər stadionu

 

Qeyd edək ki, daha əvvəl “Sumqayıt”ı 2:0 (ilk oyun – 0:0) hesabı ilə üstələyən “Zirə” və “Şamaxı”nı məğlub edən (1:2, 3:1) “Qarabağ” yarımfinalda oynamaq hüququ qazanıb.

Seçilən
125
4
msport.az

10Mənbələr