AZ

Qvardiola: “Nəticədən məyus oldum”

Vətəninfo.az xəbər verir ki, “Mançester Siti”nin kataloniyalı baş məşqçisi Xosep Qvardiola İngiltərə Premyer Liqasının 29-cu turunda “Nottinqem Forest”lə 2:2 hesablı heç -heçə ilə bağlı fikirlərini bildirib.

“Nəticədən məyus oldum. Yenə də hər şeyi düzgün etdik, oyun boyu və sonunda qol şanslarımız oldu. Həmişə əlimizdən gələni etməyə çalışırıq. Çoxlu yaxşı şanslar oldu, amma daha çox qol vurmalı idik. Evdə qalib gəlmək vacibdir, amma “Siti” böyüməyə davam edir.”

BBC Qvardiolanın sözlərini sitat gətirir: “Çempionluq yarışı haqqında düşünmürük. Qarşıda hələ çox oyun var. İngiltərə Kubokunda “Nyukasl”la oyuna, daha sonra isə Madriddə keçiriləcək Çempionlar Liqası matçına hazırlaşacağıq. Oyundan-oyuna irəliləyirik. Bir çox yarışlarda oynamağa öyrəşmişik”.

“Mançester Siti” 29 oyundan sonra 60 xalla ikinci yerdədir və lider “Arsenal”dan (30 oyun) 7 xal geridədir.

Seçilən
96
veteninfo.az

1Mənbələr