AZ

ABŞ-ın dəhşət saçan təyyarələri Britaniya bazalarına yerləşdiriləcək

ABŞ bu həftə İrana qarşı zərbələr endirmək üçün Britaniya hava bazalarına B-2A Spirit strateji gizli bombardmançı təyyarələri yerləşdirəcək.

Musavat.com xəbər verir ki, məlumatı "The Telegraph" məlumatlı mənbələrə istinadən yayıb.

Rəsmilərin sözlərinə görə, Amerika təyyarələri yaxın günlərdə İngiltərədəki Fairford Hava Qüvvələri Bazasına və Hind okeanındakı Dieqo Qarsiya adasına eniş edəcək.

Pentaqonun məlumatına görə, İranın möhkəmləndirilmiş ballistik raket mərkəzlərinə zərbə endirmək üçün əməliyyat başlayandan bəri strateji bombardmançı təyyarələrdən artıq dörd dəfə istifadə olunub. Təyyarələr kontinental ABŞ-dan İrana və geriyə 37 saat fasiləsiz uçuşlar həyata keçiriblər. Britaniya bazalarından istifadə İrana uçuşlarda xeyli vaxta qənaət etməyə imkan verəcək.

Musavat.com

Seçilən
99
6
musavat.com

7Mənbələr