AZ

İrana endirilən zərbələr nəticəsində yaralananların SAYI AÇIQLANDI – VİDEO

İrana endirilən zərbələr nəticəsində xəsarət alanların sayı 6 mini keçib.

Bizim.Media xəbər verir ki, bu barədə İranın təcili yardım xidmətinin rəhbəri Cəfər Miadfar məlumat verib. 

O, həmçinin qeyd edib ki, xəsarət alanlardan təxminən 2500-ü hələ də xəstəxanalardadır.

"Hücuma məruz qalan 29 əyalət və 172 şəhərdə ölənlər arasında ən gənci biryaşlı uşaq, ən yaşlısı isə 75 yaşlı şəxs olub", - deyə o bildirib.
 

Xatırladaq ki, 28 fevralda İsrail və ABŞ İrana qarşı əməliyyatlara start verib. Bu hücumlara cavab olaraq İran "Əsl vəd 4" əməliyyatına başlayıb. İranın raket hücumları təkcə İsraili deyil, həm də Səudiyyə Ərəbistanı, BƏƏ, Bəhreyn, Qətər və İordaniya da daxil olmaqla, ABŞ hərbi obyektlərinə ev sahibliyi edən region ölkələrini hədəf alıb.


Martın 2-də isə Hizbullah İsrailə qarşı müharibəyə başladığını elan edib. Buna cavab olaraq, İsrail qruplaşmanın mövqelərinə zərbələr endirib və Livanda quru əməliyyatlarına başlayıb.


Bizim.Media

Seçilən
15
26
bizim.media

10Mənbələr