AZ

Ağdam sakini: Həmişə düşünürdüm ki, mütləq qayıdacağıq VİDEO

Bakı, 5 mart, AZƏRTAC

Bu gün çox əlamətdar bir gündür – Ağdam şəhərində yaşamağa gedirik. Mən orada böyümüşəm - uşaqlıq illərim orada keçib, orta təhsilimi də orada almışam. Bu gün isə yenidən Ağdam şəhərində yaşamağa, orada fəaliyyət göstərməyə, ömrümüzün qalan hissəsini orada keçirməyə gedirik. Orada yaşayıb, yaratmaq istəyirik.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Ağdam şəhərinə qayıdan keçmiş məcburi köçkün Rasim İmanov deyib.

O bildirib ki, ömrümün yarısını Bakı şəhərində məcburi köşkün kimi yaşayıb. İndi isə doğma yurda qayıtmaq onun üçün böyük sevinc, hədiyyədir.

“Mən həmişə düşünürdüm ki, mütləq qayıdacağıq. Sadəcə bilmirdim ki, müharibə, yoxsa sülh yolu ilə qayıdacağıq. Allah Prezidentimizə cansağlığı versin. Mübarizə apardıq və qələbə qazandıq. Bu, böyük bir uğurdur. Mən Prezidentimlə fəxr edirəm. Bütün dünya bilsin ki, biz onunla qürur duyuruq. Allah onun canını sağ etsin, Azərbaycan xalqını da qorusun”, - deyə R.İmanov əlavə edib.

Seçilən
0
3
azertag.az

5Mənbələr