Bakı. Trend:
“Kölgə iqtisadiyyatı”nın miqyaslarının azaldılması istiqamətindəreal və ölçülə bilən nəticələr əldə edilib.
Trend xəbərverir ki, bunu İqtisadiyyat Nazirliyi yanında Dövlət VergiXidmətinin rəisi (DVX) Orxan Nəzərli bu gün Bakıda “Vergisistemində gələcəyə baxış: yeni idarəetmə modeli və data əsaslıqərarlar” mövzusunda keçirilən forumda deyib.
O, əvvəlcə ötən il əldə edilmiş nəticələri açıqlayıb: "2025-ciil qlobal siyasi və iqtisadi qeyri-müəyyənliklər fonunda Azərbaycaniqtisadiyyatı üçün sabitliyin və çevik uyğunlaşmanın ön planaçıxdığı bir il oldu. Bu mürəkkəb şəraitdə fiskal dayanıqlığınqorunması və dövlət gəlirlərinin davamlı təmin edilməsi əsasprioritetlərdən biri idi. Görülən tədbirlər nəticəsində fiskaldaxilolmalarda müsbət dinamika əldə olunub.
Ötən il Dövlət Vergi Xidmətinin üzərində olan fiskaldaxilolmaların həcmi 24,2 milyard manata yaxın olub ki, bu da ümumifiskal yığımların 79,1 faizini təşkil edir. 2025-ci ildə cəmi vergidaxilolmaları proqnoza münasibətdə 105,5 faiz, qeyri-neft-qazsektoru üzrə daxilolmalar isə 102,9 faiz icra edilib. Ümumilikdə,dövlət büdcəsinə 16,4 milyard manata yaxın vergi daxilolması təminedilib, bu zaman qeyri-neft-qaz sektoru üzrə daxilolmalar 12milyard manatı keçib.
Orxan Nəzərli bildirib ki, 2025-ci ilin nəticələrinə görə,könüllü əməletmə göstəricimiz 92,6 faiz təşkil edir. Qeyd etməkistərdim ki, 2019-cu illə müqayisədə bu göstərici mütləq ifadədə2,1 dəfə artıb.
"İqtisadi fəallığın əsas göstəricilərindən biri olaraq, 2025-ciil ərzində aktiv vergi ödəyicilərinin sayı 6,5 faiz artaraq 860minə yaxınlaşıb. Bu, 2019-cu illə müqayisədə 73,2 faiz çoxdur.
Beləliklə, bu müsbət dinamikalar yalnız inzibati nəzarətingücləndirilməsi ilə deyil, iqtisadi aktivliyin leqallaşdırılması vəvergi ödəyiciləri ilə qarşılıqlı etimadın artması hesabına mümkünolub. Eyni zamanda, “kölgə iqtisadiyyatı”nın miqyaslarınınazaldılması istiqamətində real və ölçülə bilən nəticələr əldəedilib. Bu nəticələr bir daha göstərir ki, sistemli və ardıcılyanaşma uzunmüddətli effekt yaradır", - o əlavə edib.