AZ

Ermənistana dizel yanacağı və 135 ton gübrə yola salındı

Bu gün Azərbaycandan Ermənistana dizel yanacağının və Rusiya gübrəsinin tədarükü baş tutur.
 
Moderator.az xəbər verir ki, 1 984 ton dizel yanacağı yüklənmiş 31 ədəd vaqondan və 135 ton gübrə yüklənmiş 2 vaqondan ibarət qatar Azərbaycan Dəmir Yolları QSC-nin Biləcəri stansiyasından Böyük Kəsik stansiyası istiqamətində yola salınıb.
 
Yük Gürcüstan ərazisindən tranzit keçməklə Ermənistana çatdırılacaq.
 
Rusiya gübrəsi Azərbaycandan tranzitlə Ermənistana göndərilir.
 
Seçilən
82
24
moderator.az

10Mənbələr