AZ

Samir Şərifov: "Azərbaycanda biznes mühitinin yaxşılaşdırılması üçün islahat təklifləri hazırlanır"

Azərbaycanda biznes mühitinin təkmilləşdirilməsi istiqamətində islahatlar üçün təkliflər hazırlanır.

"Report" xəbər verir ki, bunu Baş nazirin müavini Samir Şərifov "Vergi sistemində gələcəyə baxış: Yeni idarəetmə modeli və data əsaslı qərarlar" forumunda çıxışı zamanı bildirib.

S. Şərifovun sözlərinə əsasən, biznes mühitinin yaxşılaşdırılması islahatları üzrə xüsusi işçi qrup fəaliyyət göstərir: "Bu qrupun alt strukturlarında müvafiq istiqamətlər üzrə sahibkarlıq fəaliyyətinə maneə törədən çətinliklərin aradan qaldırılması və biznes şəraitinin inkişaf etdirilməsi ilə bağlı təkliflər formalaşdırılır".

Baş nazirin müavini qeyd edib ki, bu təkliflər, bu hazırlıq prosesi çərçivəsində vergi sahəsində də sahibkarların təkliflərinin toplanması prosesinə artıq start verilib: "Mövcud institusional çərçivələr hökumətin biznes mühitinin yaxşılaşdırılmasına sistemli və ardıcıl yanaşmasının aydın göstəricisidir. Bu yanaşma islahatların həm məzmun, həm də icra baxımından vahid məntiq üzərində qurulmasını təmin edir.

Bu prosesdə fiskal, vergi, sosial və maliyyə siyasətinin institusional koordinasiyası həlledici rol oynayır. Ayrı-ayrı alətlər deyil, bütöv sistem işləməlidir. Məhz bu sinxronluq iqtisadi siyasətin effektivliyini, islahatların davamlılığını və əldə olunan nəticələrin uzunmüddətli olmasını təmin edir".

Seçilən
122
far.az

1Mənbələr