AZ

Gəncədə qadın evdə ölü körpə doğub

Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinin və Gəncə Şəhər Birləşmiş Xəstəxanası Gəncədə evdə dölün ölü doğulmasına aydınlıq gətirib.Missiya.Az xəbər verir ki, xəstəxanadan "Report"un sorğusuna cavab olaraq bildirilib ki, ötən gün Gəncə şəhəri, Sevinc qəsəbəsi 32 ünvanından çağırış daxil olub.Qeyd olunub ki, çağırış ünvanına təcili tibbi yardım briqadası cəlb olunub. Təcili tibbi yardım briqadası tərəfindən 1979-cu il təvəllüdlü qadın 5 aylıq hamiləlik (düşük) səbəbindən Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan Abbas Səhhət adına xəstəxanaya hospitalizasiya olunub.Zəruri tibbi xidmətlər göstərilən pasiyentin vəziyyəti qənaətbəxş qiymətləndirilib və ambulator müalicə üçün evə buraxılıb.

Seçilən
0
5
missiya.az

7Mənbələr