Dünya bazarında qızılın qiyməti yüksək səviyyədə qalmaqda davam edir. Martın 5-nə olan məlumata görə, bir troya unsiyasının (31,10 qram) qiyməti 5 130–5 170 ABŞ dolları aralığındadır.
ONN media xəbər verir ki, müharibədən əvvəl, 2026-cı ilin fevral ayının əvvəlində qızılın unsiya üzrə qiyməti 4 900–5 000 ABŞ dolları civarında idi. Son həftələrdə qeydə alınan artım fonunda qiymət 5 100 dollar həddini keçib.
Ekspertlər bahalaşmanı İran–ABŞ–İsrail xəttində yaranmış hərbi gərginliklə əlaqələndirirlər. Geosiyasi risklərin artması investorları daha təhlükəsiz aktivlərə yönəldir. Bu isə qızılın qiymətinə birbaşa təsir göstərir.
Hazırda bazarlarda qeyri-müəyyənliyin davam etməsi qızılın dəyərinin yüksək səviyyədə qalmasına səbəb olur.