AZ

“Flamenqo” Filipe Luisin boşluğunu doldurdu

“Flamenqo” baş məşqçi Filipe Luisin istefasından sonra yeni təyinatı rəsmən açıqlayıb.

Msport.az xəbər verir ki, Braziliya təmsilçisinin “sükanı arxasına” 51 yaşlı portuqaliyalı mütəxəssis Leonardo Yardim gətirilib.

Tərəflər arasında 2027-ci ilin sonunadək müqavilə imzalanıb.

Yardim daha çox “Monako” (2014-2019) və “Sportinq”dəki (2013-2014) fəaliyyəti ilə tanınır. Onun son iş yeri 2025-ci ildə çalışdırdığı “Kruzeyro” klubu olub.

Seçilən
113
msport.az

1Mənbələr