ain.az xəbər verir, Redaktor.az saytına əsaslanaraq.
Onkoloq Vladimir Ivashkov qəhvənin çox miqdarda qəbul edildiyi halda ürəyə mənfi təsir göstərə biləcəyini bildirib.
Redaktor.az xəbər verir ki, o, özünün "Telegram" kanalında qəhvənin təhlükəsiz gündəlik dozasını açıqlayıb.
Həkimin sözlərinə görə, qəhvənin tərkibində kafestol və kaveol kimi təbii birləşmələr var. Bu maddələr qanda “pis” xolesterinin səviyyəsini artırır. Buna görə də gündə ən çoxu dörd fincan qəhvə içmək tövsiyə olunur. Onun sözlərinə görə, daha yüksək miqdarda qəhvə qəbul etmək ürək və damar xəstəlikləri riskini artıra bilər.
Mütəxəssis ən təhlükəsiz variant kimi filtrdən keçirilmiş qəhvəni göstərib. O izah edib ki, filtr müxtəlif zərərli maddələrin bir hissəsini saxlayır.
Həkim həmçinin qəhvəyə əlavə olunan məhsullara da diqqət yetirməyi tövsiyə edib. Onun sözlərinə görə, qaymaq, yağlı süd, şirin qəhvə içkiləri və kərə yağı və ya kokos yağı ilə hazırlanan “bulletproof” qəhvə doymuş yağlar ehtiva edir və bu da xolesterinin səviyyəsini artırır. Buna görə qəhvəyə yağsız və ya doymuş yağlar olmayan bitki mənşəli süd əlavə etmək daha məqsədəuyğundur.
Aytəkin TOFİQQIZI
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.