AZ

Tramp Rutteyə İrana qarşı əməliyyatı dəstəklədiyinə görə təşəkkür ETDİ

ain.az, Redaktor.az portalına istinadən məlumat yayır.

ABŞ Prezidenti Donald Tramp NATO-nun baş katibi Mark Rutteyə İrana qarşı Amerika əməliyyatına verdiyi dəstəyə görə təşəkkür edib.

Redaktor.az xəbər verir ki, bu barədə "Tramp Truth Social" sosial media platformasında paylaşım edib.

Qeyd olunur ki, Rutte əvvəllər "Newsmax"a verdiyi müsahibədə NATO-nun ABŞ-nin İrana qarşı əməliyyatında kollektiv müdafiə müqaviləsinin 5-ci maddəsindən istifadə edə biləcəyini bildirmişdi. O, həmçinin Yaxın Şərqdə gərginliyin artması fonunda blok üzvlərinin öz ərazilərini müdafiə etməyə hazır olduqlarını vurğulamışdı.

Tramp paylaşımında “gözəl NATO Baş katibimizə təşəkkür edirəm” yazıb.

Aminə ŞAHSUVARQIZI

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
62
2
redaktor.az

3Mənbələr