AZ

“Unibank”dan xanımlara 8 Mart hədiyyəsi - 8 %-lik kredit

“Unibank” 8 Mart Beynəlxalq Qadınlar Günü münasibəti ilə Azərbaycan xanımlarını təbrik edir, uğurlar arzulayır.

Bank xanımlar üçün “8 Martda 8 %” bayram kampaniyası keçirir. Martın 5-dən 7-dək davam edən kampaniya müddətində xanım müştərilər nağd krediti illik 8 %-dən başlayan faizlə rəsmiləşdirə bilərlər.

Üç gün ərzində “Unibank”a müraciət edən xanım müştərilər 70 000 manatadək nağd krediti 60 ayadək müddətə sərfəli şərtlərlə əldə edə biləcəklər.

8 Mart kampaniyasının üstünlükləri:

- 8 %-dən başlayan kredit;
- 70 000 AZN-dək məbləğ;
- zamin tələbi yoxdur;
- 60 ayadək ödəniş müddəti;
- sürətli və rahat rəsmiləşdirmə;
- müştərinin istəyinə görə kredit həyat sığortası.

Seçilən
36
11
publika.az

10Mənbələr