AZ

Konqo Demokratik Respublikasında filiz mədəninin çökməsi nəticəsində 200-dən çox şaxtaçı ölüb

Bakı, 5 mart, AZƏRTAC

Konqo Demokratik Respublikasının (KDR) şərqində çərşənbə axşamı mədənin çökməsi nəticəsində 200-dən çox insan həlak olub. AZƏRTAC xəbər verir ki, bu barədə WAM agentliyi məlumat yayıb.

KDR-in Mədən Nazirliyi bildirib ki, hadisə Şimali Kivu əyalətindəki koltan ehtiyatları ilə tanınan Rubaya mədən sahələrində leysan yağışından sonra torpaq sürüşməsi zamanı baş verib. Yerli media itkin düşənlər istisna olmaqla, ölənlərin sayının 400-ü keçə biləcəyini bildirib.

Hökumət rəsmiləri, həmçinin torpaq sürüşməsi ətrafdakı yaşayış məntəqələrində bir çox sakinin itkin düşdüyünü, 20 nəfərin yaralandığını açıqlayıblar.

Qeyd olunub ki, koltan filizi mədəni Ruandadakı M23 üsyançı qrupunun nəzarətindədir. Dünya üzrə koltan istehsalının təxminən 15 faizi bu ərazinin payına düşür. Koltan filizi sonradan tantal halına gətirilir və mobil telefonlar, kompüterlər, aerokosmik komponentlər və qaz turbinləri istehsalçıları tərəfindən geniş istifadə olunur.

 

Seçilən
44
1
azertag.az

2Mənbələr