AZ

SON DƏQİQƏ: İran Naxçıvan aeroportunu vurdu Raketlərdən biri məktəbə düşüb / YENİLƏNDİ

Hurriyyet saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Əldə etdiyimiz son məlumata görə, İran tərəfindən Naxçıvana 3 raket atılıb.

Hurriyyet.info xəbər verir ki, raketlərdən ikisi aeroport ərazisinə biri isə yaxınlıqdakı məktəbə düşüb. Hazırda ölən və xəsarət alanlarla bağlı heç bir məlumat yoxdur.

Əlavə məlumat verəcəyik. 

*** 11:56

Bir neçə dəqiqə əvvəl İrandan atılan raket Naxçıvan aeroportuna düşüb. Hurriyyet.info xəbər verir ki, bu barədə Naxçıvandakı etibarlı qaynaqlardan məlumat daxil olub.

Bildirilir ki, təxminən 20 dəqiqə əvvəl İran istiqamətindən atılan raket Naxçıvan aeroportuna düşdüyündən, hazırda ətraf ərazidə bütün yollar bağlanılıb. O cümlədən, ucuşların da dayandırıldığı qeyd olunur.

Məlumat üçün bildirək ki, qeyd olunan faktla bağlı hələ heç bir rəsmi informasiya yoxdur. Həmçinin, İranın Naxçıvan ərazisini qəsdən vurub-vurmadığı da bəlli deyil. Çünki sözügedən raketin istiqamətini dəyişməsi də mümkündür.

Odur ki, hər hansı rəsmi informasiya olmadan Naxçıvan aeroportunun qəsdən vurulduğu haqda birmənalı nəticəyə gəlmək hələ tezdir.

Hurriyyet.info

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
75
hurriyyet.az

1Mənbələr