AZ

Tütün əkini ilə əlaqədar indiyədək Şəkidə 29 fermerlə müqavilə bağlanılıb

Azertag saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Şəki, 5 mart, AZƏRTAC

Cari ildə Şəki rayonunun təsərrüfatlarında 1850 hektar sahədə tütün əkini proqnozlaşdırılır. Əkin sahələrinin ötən illə müqayisədə 45 hektar artırılması nəzərdə tutulur. Sahələrin 1500 hektarına “Virciniya botaniki” növlü, 350 hektarına isə digər tütün sortları əkiləcək.

Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə Şəki Dövlət Aqrar İnkişaf Mərkəzinin bitkiçilik sektorunun böyük məsləhətçisi Nizami İsmayılov məlumat verib.

Qurum rəsmisi bildirib ki, tütün əkini ilə əlaqədar “Azərtütün” ASC, “Şəki Tobacco” MMC, “Göynük Tobacco” MMC və digər müəssisələr tərəfindən indiyədək 29 fermerlə müqavilə bağlanılıb və bu iş davam etdirilir. Bağlanılan müqavilələr üzrə tütün əkiləcək sahələr hələlik 600 hektar təşkil edir.

Tütün ştillərinin yetişdirilməsi üçün istehsalçılar tərəfindən 52 min kvadratmetr sahədə sadə istixanaların hazırlanması nəzərdə tutulur. İndiyədək fermerlər tərəfindən 17,5 min kvadratmetr sahədə sadə istixanalar hazırlanaraq toxum səpilib. Şitillərin aprelin 20-dən sonra sahələrə köçürülməsi planlaşdırılır.

Xatırladaq ki, ötənilki mövsümdə şəkili fermerlər 1805,5 hektar sahədən 5418,4 ton quru tütün əldə ediblər. Tütün istehsalı əvvəlki illə müqayisədə 890,4 ton artıb.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
46
azertag.az

1Mənbələr