AZ

Deputat Naxçıvana HÜCUMDAN danışdı: “Molla rejiminin bizə münasibəti...”

“Son günlər regionda baş verən hadisələr fonunda Azərbaycan bir daha məsuliyyətli və prinsipial mövqeyini nümayiş etdirdi. Azərbaycan rəhbərliyi, xüsusilə Prezident İlham Əliyev açıq şəkildə bəyan etdi ki, ölkəmizin ərazisi heç bir halda qonşu dövlətlərə qarşı hərbi məqsədlər üçün istifadə olunmayacaq. Bu bəyanat Azərbaycanın illərdir apardığı balanslı və məsuliyyətli siyasətin növbəti təsdiqi idi”.

Bu sözləri Musavat.com-a deputat Vüqar İskəndərov İranın Naxçıvana dron hücumu ilə bağlı danışarkən deyib. Onun sözlərinə görə, Azərbaycan hər zaman qonşuluq münasibətlərinə böyük önəm verib. “Regionda sülhün, sabitliyin və qarşılıqlı hörmətin qorunması rəsmi Bakının əsas prioritetlərindən biridir. Xüsusilə İran ilə uzun sərhədə və tarixi əlaqələrə malik olan Azərbaycan dəfələrlə gərginliyin artmaması üçün konstruktiv addımlar atıb. Lakin bütün bu jestlərə və xoşniyyətli mesajlara baxmayaraq, son hadisələr molla rejiminin Azərbaycana qarşı münasibətinin dəyişmədiyini göstərir”,_ deyə deputat bildirib.

Deputatın sözlərinə görə, Azərbaycan regionda qarşıdurma deyil, əməkdaşlıq istəyir: “Dövlətimizin siyasəti aydındır: ölkəmizin ərazisi heç kimə qarşı istifadə olunmayacaq, lakin Azərbaycanın təhlükəsizliyi və ərazi bütövlüyü də hər zaman qətiyyətlə qorunacaq. Tarix dəfələrlə göstərib ki, Azərbaycan səbirli və məsuliyyətli qonşu olsa da, milli maraqlarına qarşı atılan addımlara laqeyd yanaşmır. Regionda sabitliyin yolu qarşılıqlı hörmət və konstruktiv münasibətdən keçir”.


Cavanşir ABBASLI
Musavat.com

 

Seçilən
87
musavat.com

1Mənbələr