AZ

Falçılara SƏRT XƏBƏRDARLIQ: Bu qədər cərimələnəcəksiz

Azərbaycanda bir çox insan şəxsi həyatları, gələcək planları və vacib qərarları ilə bağlı falçılara müraciət edir. Lakin falçılıq elmi əsaslara söykənməyən bir fəaliyyətdir və insanları aldadaraq maliyyə və ya psixoloji zərərə məruz qoymaq riski daşıyır. Eyni zamanda, boşanmalara səbəb olan amillərdən biri kimi qiymətləndirilir. Bu baxımdan, yaxın gələcəkdə ölkədə falçılara gedən şəxslərə hüquqi məsuliyyət – məsələn, cərimə – tətbiq olunması məsələsi gündəmə gələ bilər. Sizcə falçı və falçıya gedənlərə cərimə tətbiq oluna bilərmi? Sizə bu istiqamətdə müraciət edənlər olubmu?

Məsələ ilə bağlı KONKRET.az-a açıqlama verən psixoloq Aytən Ələkbərova bildirib ki, elə insanlar olur ki, falçılara müraciət edirlər. Bu, insanların inanclarından irəli gəlir.

Aytən

Aytən Ələkbərovanın sözlərinə görə, hər bir fala baxan insan da heç kimi fala baxdırmaq üçün məcbur dəvət etmir.

“İnsanlar fala inanaraq problemlərinə çarə axtararaq, qeyri-müəyyən vəziyyətdə olduğu zaman artıq psixologiyalarında müəyyən bir dəyişiklik gedir. Onlar bir ümid yeri olaraq falçılara üz tuturlar. Ona görə də bu insanların şəxsi düşüncələri olduğuna görə, bundan istifadə edən falçılar da olur”, — deyə psixoloq əlavə edib.

“Falçılar belə insanları özlərindən asılı vəziyyətə salırlar.”Sənə cadu-əməl olub, bunu açdırmasan başına fəlakət gələcək” kimi sözlərin təsirinə düşən insanlar da həmin anda özünü “xilas etmək” düşüncəsi ilə falçılara daha çox üz tutur”, — deyən A. Ələkbərova bundan sonrakı prosedurlara da toxunub.

“Artıq belə vəziyyətdə falçılar pulların mənimsənilməsinə doğru addımlar atırlar. Bəzən elə insanlar olur ki, bunun fərqinə varıb hüquq-mühafizə orqanlarına müraciət edirlər”.

“İndiki zamanda insanlar inancları nəticəsində astrologiyaya, numerologiyaya da meyl edirlər. Psixoloji olaraq bu cür inancların davamlı olaraq asılılığa çevrilməsinə də şahid oluruq.
Müşahidələrimiz zamanı hətta özünü psixoloq kimi qələmə verən bəzi şəxslərin tarot falına baxdığını da görürük. Bu da psixologiya sahəsinə xələl gətirən amillərdəndir. Çünki heç bir psixoloq fala baxmır. Sadəcə olaraq dinlədiyi insanın ruh halını, psixotipini bilib ona uyğun olaraq addımlar atır. Lakin biz inancların arxasınca gedən insanlara “bunu etməyin” deyə bilmərik. Yetər ki, falçılar insanları aldatmasın, — deyən psixoloq sonda vurğulayıb.

Dəniz Pənahova
KONKRET.az

Seçilən
9
1
konkret.az

2Mənbələr