AZ

“Sumqayıt”da maaş verilmir, üzü Samir Abasova…

ain.az bildirir, Footbal-plus saytına əsaslanaraq.

Mövsümdə olduqca yaxşı başlayan “Sumqayıt” 6 oyundu qalib gələ bilmir, son 11 oyunun yalnız birində qələbə görüb. “Kimyaçılar” heç cür “qara zolaq”dan çıxa bilmir, komanda daxilində ciddi problemlər var. “Sumqayıt” çempionatda yaxşı vəziyyətdə olmasa da, kubokdan kənarda qalsa da, futbol ictimaiyyəti 3-cü yer uğrunda mübarizədə “Turan Tovuz”, “Zirə”, “Araz-Naxçıvan” və “Neftçi” ilə birgə Sumqayıtın eyniadlı təmsilçisini də görürdü. Amma ötən gün komandanın baş məşqçisi Saşa İliç bunun qeyri-mümkün olduğunu bildirdi. Çox bədbin cavab deyilmi? Hələ qarşıda bir dövrə - 11 tur var. Belə çıxır ki, 2-ci dövrə başa çatan kimi “Sumqayıt” “ağ bayraq qaldırdı”.Serbiyalı mütəxəssisin son açıqlamasına iki yöndən baxmaq olar. Birincisi, ola bilər ki, həqiqətən də “Sumqayıt” camiəsi artıq bundan sonra ilk “4-lüy”ə düşməyi real saymır. Belədisə, İliçi mövsümün sonunu gözləmədən, indidən şələ-şüləsini yığdırıb yola salmaq lazımdı. Belə heyətlə “Sumqayıt”ı ikinci “6-lıq”da istənilən yerli baş məşqçi saxlayar. Bəlkə də Saşa İliç mətbuat konfransında bu qədər bədbin danışmaqla rəhbərlikdən şikayətçi olmasının mesajını ötürdü. “Football-plus.az”a daxil olan məlumata görə yeni ildən bəri maaş verilmir. “Bu gün, sabah” deyə-deyə yubadırlar. Pulun verilməməsi də həm futbolçuları, həm də İliç başda olmaqla məşqçilər korpusunu həvəsdən salır. “Zirə” ilə oyundan sonra sumqayıtlı azarkeşlər futbolçuları danladı, rəhbərlikdən əvvəlcə transfer tələb etdilər, sonra da istefa. Bu mövsüm belə hal olmamışdı.İliçin təcrübəsinə, komandada lider olacağına güvənib gətirdiyi Nikola Ninkoviç son iki oyunda - 5 gün ərzində iki dəfə “qırmızı” alıb. Serbiyalı futbolçu buna qədər 2018/19 mövsümündə “Askoli”nin, 2013/14 mövsümündə isə “Partizan”ın heyətində iki dəfə meydandan qovulub. Komandada vəziyyət heç də yaxşı deyil. Bu aydın şəkildə görünür. Kim bilir, bəlkə də yollar bizi yenidən Samir Abasova aparır...MÜZƏFFƏR QULUZADƏ

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
75
2
icma.az

3Mənbələr