AZ

Ekvador Kuba səfirini və onun diplomatik heyətini arzuolunmaz şəxs elan edib

Oxu.az portalından verilən məlumata əsasən, ain.az bildirir.

Ekvador Kuba səfirini və onun diplomatik heyətini arzuolunmaz şəxs elan edib.

Oxu.Az-ın məlumatına görə, bu barədə Ekvador Xarici İşlər Nazirliyi məlumat yayıb. Qeyd olunub ki, Ekvadorun Xarici İşlər Nazirliyi onlara ölkə ərazisini tərk etmək üçün 48 saat vaxt verib.

Nazirliyin bəyanatında bu qərarın qəbul olunmasının səbəbi izah edilməsə də, Ekvador mediası bu addımı kubalı diplomatların ölkədə kəşfiyyat fəaliyyəti ilə məşğul olması ilə əlaqələndirib. Bu iddianı dəstəkləmək üçün media orqanları Kuba səfirliyinin damında sənədlərin yandırıldığını göstərən videolar belə yayımlayıb.

Hökumətin qərarı, Havananı dəstəkləmək üçün Kitodakı Kuba səfirliyinin qarşısında toplaşan bəzi Ekvador partiyalarının, xüsusən də "Milli Demokratik Hərəkat" və "Vətəndaş İnqilabı" partiyasının tərəfdarları arasında çaşqınlıq yaradıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
30
oxu.az

1Mənbələr