AZ

Batırılan İran gəmisində 87 nəfər həlak olub

İran gəmisinin batdığı yerdə səksən yeddi cəsəd tapılıb.

Publika.az xəbər verir ki, bu barədə "RİA Novosti" məlumat yayıb. Cəsədlərin tapıldığını Şri-Lanka Nazirlər Kabinetinin sözçüsü Nalinda Cayatissa açıqlayıb.

"87 cəsəd dəniz qüvvələri tərəfindən tapılıb sahilə çıxarılıb", - parlamentdə çıxış edən Cayatissa deyib.

Xatırladaq ki, gəmi ABŞ qüvvələri tərəfindən vurulub.

Qeyd edək ki, İran gəmisi olan "IRIS Dena"nın göyərtəsində 180 heyət üzvü olub. Gəmi Şri-Lankanın 40 kilometr cənubunda batıb. Batmazdan əvvəl həyəcan siqnalı göndərməyi bacarıb.

Seçilən
93
1
publika.az

2Mənbələr