AZ

Oğuzda Vətən Müharibəsi Qəhrəmanı, şəhid Nail İbrahimliyə həsr olunmuş kitabın təqdimatı keçirilib. -Fotolar



04 mart 2026-cı il tarixində Oğuz rayon Xaçmaz kəndində Vətən Müharibəsi Qəhrəmanı Nail Nəriman oğlu İbrahimlin doğum günündə xatirəsi anılıb və onun əziz xatirəsinə həsr olunmuş “Bu dağların Naili” kitabının təqdimatı keçirilib.

aia.az xəbər verir ki, əvvəlcə tədbir iştirakçıları tərəfindən Xaçmaz Kənd Şəhidlər Xiyabanında şəhidin məzarı ziyarət olunub, şəhid məzarları önünə gül dəstələri qoyulub, şəhidlərin ruhuna dualar oxunub.

Daha sonra tədbir Xaçmaz kənd M.F.Axundzadə adına 1 nömrəli tam orta məktəbin akt zalında davam etdirilib.

‎Tədbirdə Oğuz Rayon İcra Hakimiyyətinin başçısı Cavid Əbdul-Qədirov, YAP Oğuz rayon təşkilatının sədri Saleh Məhərrəmov, Şəki-Zaqatala Regional Təhsil İdarəsinin müdiri Günay Mahmudova, Azərbaycan Yazıçılar Birliyi Şimal-Qərb Regional bölməsinin sədri Əlmaniz Ələkbərli, DSX-nin hərbi qulluqçuları, hüquq-mühafizə orqanlarının, idarə və təşkilatların rəhbərləri, şəhid ailələri, Vətən müharibəsi iştirakçıları və qazilər, təhsil və mədəniyyət işciləri,eləcə də ictimaiyyət nümayəndələri iştirak ediblər.

Öncə ‎Dövlət Himni səsləndirildikdən sonra torpaqlarımızın azadlığı uğrunda canlarını fəda etmiş şəhidlərimizin əziz xatirəsi ehtiramla yad olunub.
Tədbiri giriş sözu ilən açan ‎kitabın müəllifi Vüsal Oğuz nəşrin məqsədi barədə məlumat verib. Bildirib ki, kitabda Nail İbrahimlinin həyat və döyüş yolu, eləcə də onu tanıyanların xatirələri yer alıb.

Tədbirdə Oğuz Rayon İcra Hakimiyyətinin Başçısı Cavid Əbdul-Qədirov çıxış edərək bildirdi ki, Müzəffər Ali Baş Komandan, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi, şəhidlərimizin canı, qazilərimizin sağlamlığı, Azərbaycan Ordusunun rəşadəti və xalqımızın Dəmir Yumruq kimi birliyi sayəsində Vətən müharibəsində tarixi Zəfər qazanıldı, ölkəmizin ərazi bütövlüyü və suverenliyi tam bərpa edildi. Qeyd olundu ki, bu gün Qarabağda, Şərqi Zəngəzurda genişmiqyaslı bərpa və quruculuq işləri aparılır, Böyük Qayıdış Proqramına uyğun olaraq sakinlər öz ata-baba yurdlarına köçürülür. Prezident İlham Əliyevin müdrik və uzaqgörən siyasəti nəticəsində bölgədə sabitlik və təhlükəsizlik tam təmin olunub.

Digər çıxış edənlər YAP Oğuz rayon təşkilatının sədri Saleh Məhərrəmov, Şəki-Zaqatala Regional Təhsil İdarəsinin müdiri Günay Mahmudova, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinin hərbi qulluçusu polkovnik-leytenant Nicat Hacılı, AYB-nin Şimal-Qərb Regional bölməsinin sədri Əlmaniz Ələkbərli,"Oğuz Xəbərləri" qəzetinin redaktoru Nazim Hüseynov, Oğuz şəhər Nail İbrahimli adına 3 nömrəli məktəb-lisey direktoru Elxan Bilalov ,Qəbələ rayonundan olan şəhid atası Cəlil Xeyirbəy, Xaçmaz kənd V.İbrahimov adına 2 saylı tam orta məktəbin tarix müəllimi Ramiz Abdulqədirov Vətən Müharibəsi Qəhrəmanı Nail İbrahimlinin göstərdiyi şücaətdən danışıblar. Bildirildi ki, 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələrinin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi ilə Müzəffər Azərbaycan Ordusunun yağı düşmən üzərində Zəfəri Azərbaycan tarixinə qızıl hərflərlə əbədi olaraq həkk olunub. Vətənpərvərliyin ən ali məqamının şəhidlik olduğunu qeyd edən natiqlər bu ucalığa yüksələnlərin, bu şərəfi daşıyanların adlarının daim hörmətlə xatırlanacağına əminliyini ifadə etdilər. Qeyd edildi ki, özlərindən sonra bitib tükənməyən qəhrəmanlıq salnamaləri yazan bu igidlər gələcək nəsillərə örnəkdir.

Şəhidin valideyinləri onlara göstərilən diqqət və qayğıya, eləcə də şəhidlərimizin xatirəsinin daim uca tutulduğuna görə Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlıqlarını bildiriblər.



Seçilən
33
aia.az

1Mənbələr