AZ

Faiq Sücəddinov: Tamilla Axundovanın əsərlərindən ilhamlanaraq yeni bir romans yazmağı düşünürəm

Bakı, 5 mart, AZƏRTAC

Tamilla Axundovanın poeziyasında vətənpərvərlik duyğuları, təbiət obrazları və məişət lövhələri xüsusi yer tutur. Mən bəstəkar kimi onun əsərlərindən ilhamlanaraq yeni bir romans yazmağı düşünürəm.

Bunu AZƏRTAC-a müsahibəsində Xalq artisti Faiq Sücəddinov deyib.

Tanınmış bəstəkar qeyd edib ki, Tamilla Axundovanın yaradıcılığında səmimiyyət və daxili təmizlik xüsusi şəkildə hiss olunur.

“Hər misrasında yaşanmış ömrün izləri, çəkilmiş ağrıların və qazanılmış müdrikliyin nəfəsi duyulur. O, sözü ilə oxucunu düşündürməyi və eyni zamanda təsəlli verməyi bacarır. Hesab edirəm ki, belə insanlarla tez-tez görüşmək, onlarla ünsiyyətdə olmaq lazımdır”,- deyə Faiq Sücəddinov əlavə edib.

 

Müxbir- Fidan Əlizadə

Fotoqraf- İlkin Cavanşirov

Videooperator- Ələkbər Baxşiyev

Seçilən
18
1
azertag.az

2Mənbələr