AZ

Azərbaycanın kollektor agentliyinin səhmdarlarının yığıncağı keçiriləcək

Aprelin 6-da, saat 11:00-da Azərbaycanın kollektor agentliyi - "BOA Agency" ASC-nin səhmdarlarının illik ümumi yığıncağı keçiriləcək.

"Far.Az" xəbər verir ki, yığıncaq Bakı şəhəri, Nəsimi rayonu, Mir Cəlal küçəsi, 36D (4-cü mikrorayon) ünvanında olacaq.

Yığıncağın gündəliyinə "Xalq Bank" ASC-dən kredit götürülməsi və cari məsələlər daxildir.

Xatırladaq ki, "BOA Agency" 2011-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 200 min manatdır. Şirkətin səhmlərinin 40 %-i Rüstəm Hacıyevə, 40 %-i İlkin Qəribliyə, 20%-i isə Ramin Hacıyevə məxsusdur.

Seçilən
69
far.az

1Mənbələr