AZ

Prosesin necə nəticələnəcəyini proqnozlaşdırmaq çətindir -Rutte

ABŞ-nin İrana qarşı hərbi əməliyyatı hələ ilkin mərhələdədir.

Redaktor.az xəbər verir ki, bu barədə NATO-nun Baş katibi Mark Rutte "Reuters" agentliyinə müsahibəsində bildirib.

Onun sözlərinə görə, hazırda həyata keçirilən kampaniya yeni başlayıb və prosesin necə nəticələnəcəyini yaxın həftələrdə dəqiq proqnozlaşdırmaq çətindir.

“Hazırda bu kampaniyanın erkən mərhələsindəyik”, – deyə o qeyd edib.

NATO baş katibi əlavə edib ki, əməliyyatın artıq dördüncü və ya beşinci günü gedir. Bu səbəbdən yaxın həftələrdə hadisələrin hansı istiqamətdə inkişaf edəcəyini qiymətləndirmək hələlik çətindir.

Aytəkin TOFİQQIZI

Seçilən
98
redaktor.az

1Mənbələr