AZ

Arda Turan İspaniya nəhəngini çalışdıra bilər

Türkiyənin "Eyüpspor" futbol klubundakı uğurlu fəaliyyətindən sonra mövsümün əvvəlində Ukraynanın "Şaxtyor" (Donetsk) klubuna baş məşqçi təyin olunan Arda Turanla bağlı sensasiyalı iddia ortaya atılıb. 39 yaşlı mütəxəssisin karyerasını İspaniya nəhəngində davam etdirə biləcəyi qeyd olunur...

Poliqon İdman.Biz-ə istinadən bildirir ki, "Atletiko" rəhbərliyi 16 ildir komandanı çalışdıran Dieqo Simeonenin gediş ehtimalını dəyərləndirir. Argentinalı baş məşqçinin İtaliyanın "İnter" klubundan gələn təklifi qəbul edərək Madridi tərk edəcəyi gözlənilir.

"Fichajes" nəşrinin yaydığı məlumata görə, "Atletiko" rəhbərliyi Simeonedən sonra klubun DNT-sini qoruyacaq yeni sima axtarışındadır. Namizədlər siyahısında "Şaxtyor"dakı cəsur və hücummeyilli oyun tərzi ilə diqqət çəkən Arda Turanın adı ön plana çıxır. Klubun keçmiş futbolçusunun azarkeşlərlə olan emosional bağı və çətin oyunlarda soyunub-geyinmə otağını idarə etmək bacarığı onun şanslarını artırır.

 
Madrid təmsilçisinin siyahısında Arda Turanla yanaşı, klubun digər keçmiş ulduzları - "Flamenqo"dan ayrılan Filipe Luis və sabiq kapitan Qabinin də adları yer alır.

Poliqon.info

Seçilən
4
5
poliqon.info

6Mənbələr