AZ

ING Group Azərbaycanda 2026-2027-ci illərdə ÜDM artımı ilə ilə bağlı proqnozlarını verib

Bakı. Trend:

Niderlandın ING bank qrupu 2028-ci ilə qədər Azərbaycanın ÜDMartımı ilə bağlı yenilənmiş proqnozunu dərc edib.

Trend xəbər verirki, analitiklərin qiymətləndirmələrinə görə, 2026-cı ildə illik ÜDMartımı 2,5 faiz təşkil edəcək, 2027-ci ildə isə artımın 3 faizəqədər sürətlənəcəyi gözlənilir.

2026-cı il üzrə rüblər üzrə aşağıdakı göstəricilərproqnozlaşdırılır: birinci rübdə ÜDM artımı 3 faiz, ikinci rübdə 2faiz, üçüncü rübdə 4 faiz, dördüncü rübdə isə 1 faiz olacaq.

2027-ci ildə dinamika belə olacaq: birinci rübdə artımın 3 faiz,ikinci rübdə 3,5 faiz, üçüncü rübdə 2 faiz, dördüncü rübdə isə 3,5faiz səviyyəsində olacağı gözlənilir.

Qeyd edək ki, Azərbaycan Dövlət Statistika Komitəsininməlumatına görə, 2025-ci ildə ölkədə 129,1 milyard manat həcmindəümumi daxili məhsul istehsal olunub ki, bu da əvvəlki illəmüqayisədə 1,4 faiz çoxdur.

Neft-qaz sektorunda əlavə dəyər 1,6 faiz azalıb, qeyri-neft-qazsektorunda isə 2,7 faiz artıb. ÜDM-in istehsal strukturundasənayenin payı 33 faiz, ticarət və nəqliyyat vasitələrinin təmiri11,3 faiz, nəqliyyat və anbar təsərrüfatı 7,1 faiz, tikinti 6,5faiz, kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq 5,9 faiz,turistlərin yerləşdirilməsi və ictimai iaşə 2,8 faiz, informasiyavə rabitə 2,1 faiz, digər sahələr 21,7 faiz təşkil edib. Məhsullaravə idxala görə xalis vergilər ÜDM-in 9,6 faizinə bərabər olub.

Adambaşına düşən ÜDM isə 12 602,2 manat təşkil edib.

Məqalədə:
Seçilən
114
az.trend.az

1Mənbələr