AZ

ING Yaxın Şərq münaqişəsinin Azərbaycan iqtisadiyyatına təsirləri barədə bəhs edib

Bakı. Trend:

Yaxın Şərqdə hərbi vəziyyətin kəskinləşməsi fonunda dünyabazarlarında neft və qızıl qiymətlərinin artması Azərbaycanın,Qazaxıstanın və Özbəkistanın xarici balanslarına qısamüddətlidəstək verir, eyni zamanda enerjidən asılı olan Ermənistana təzyiqyaradır.

Trend xəbər verirki, bu barədə Niderlandın "ING Group" şirkətinin hesabatındabildirilir.

“Barel üzrə neft qiymətlərinin hər $10 davamlı artımıQazaxıstanın illik ixrac həcminə təxminən 6 milyard dollar,Azərbaycanın ixracına isə 3 milyard dollar əlavə edir ki, bu damüvafiq olaraq ÜDM-in 1,8%-i və 4%-i anlamına gəlir”, – analitiklərqeyd edirlər.

Büdcə nöqteyi nəzərdən, neft qiymətlərinin eyni məbləğdə artmasıhər iki ölkəyə yanacaqdan təxminən 1,5 milyard dollar əlavə gəlirtəmin edir ki, bu da Qazaxıstan ÜDM-nin 0,5%-i və AzərbaycanÜDM-nin 2%-i həcmindədir.

Özbəkistan isə qızıl qiymətlərinin artımından faydalanır.“Qızılın hər unsiyasının qiymətinin $1 000 artması ölkəyə təxminən4 milyard dollar ixrac gəliri gətirir ki, bu da ÜDM-in 2,7%-nəbərabərdir”, – ING ekspertləri izah edirlər.

Niderland şirkəti qeyd edir ki, MDB ölkələrinin münaqişəiştirakçıları ilə birbaşa ticarət əlaqələri məhduddur, lakin Aİ-dənidxaldan və inkişaf etmiş ölkələri, Türkiyəni, İranı və Körfəzdövlətlərini əhatə edən daha geniş təchizat zəncirlərindən asılılıqrisk amili olaraq qalır.

Xatırladaq ki, fevralın 17-də Vaşinqton və Tehran arasındakeçirilən nüvə danışıqlarının ikinci raundu irəliləyişsiz başaçatdıqdan sonra ABŞ İrana yaxın ərazilərdə mövcudluğunu artıraraqAvropa və Yaxın Şərqdəki bazalara 150-dən çox təyyarəyerləşdirib.

Qeyd edək ki, fevralın 26-da Cenevrədə İran və ABŞ arasındaİranın nüvə proqramı ilə bağlı danışıqların üçüncü raundukeçirilib. ABŞ Prezidenti Donald Tramp administrasiyasında baştutan görüş vəziyyətin diplomatik yolla nizamlanması üçün son şanskimi qiymətləndirilirdi. Danışıqlarda konkret razılaşmalar əldəolunmayıb. Tehran uranın zənginləşdirilməsini dayandırmaqdan, nüvəobyektlərini demontaj etməkdən və nüvə proqramının inkişafınamüddətsiz məhdudiyyətlər tətbiq etməkdən imtina edib. Fevralın28-də səhər saatlarında İsrail və ABŞ İrana hərbi hava hücumlarınabaşlayıb.

İsrail və ABŞ-nin 28 fevralda həyata keçirilən hərbi havahücumlarında İranın Ali Lideri Ayətullah Seyid Əli Xamenei və onunailə üzvləri ölüb.

Eyni zamanda İran Ordusunun Baş Qərargah rəisi general-mayorƏbdülrəhim Musəvi, İran İslam İnqilabı Keşikçilər Korpusunun(SEPAH) baş komandanı Məhəmməd Pakpur, İranın Ali Liderininmüşaviri və Müdafiə Şurasının katibi Əli Şəmxani, müdafiə naziriƏziz Nəsirzadə hərbi hava hücumları zamanı ölüblər.

Məqalədə:
Seçilən
110
az.trend.az

1Mənbələr