Bakı.Trend:
5 mart 2026-cı il tarixində Müharibə, Əmək və Silahlı QüvvələrVeteranları Təşkilatında “Hərb tariximizdən səhifələr” mövzusunahəsr olunmuş tədbir keçirilib. General Əliağa Şıxlınskinin anadanolmasının 161-ci ildönümü münasibətilə keçirilən tədbirdən öncəAzərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Ümummillilider Heydər Əliyevin və Respublikamızın müstəqilliyi, ərazibütövlüyü uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi birdəqiqəlik sükutla yad edilib.
Daha sonra Əliağa Şıxlınskiyə həsr edilən səndəli film nümayişolunub.
Tədbirdə çıxış edən polkovnik Cəlil Xəlilov Əliağa Şıxlınski vəonun irsi ilə bağlı maraqlı fikirlər səsləndirib, gənclərin millihərb tariximizi dərindən mənimsəməsinin vacibliyinə toxunub:
“Əliağa Şıxlınski yalnız Azərbaycan deyil, dünya hərb tarixininən görkəmli simalarından biri, xalqımızın milli iftixar mənbəyidir.Ömrünü hərb sənətinə, onun inkişafına həsr edən Əliağa Şıxlınskidünya hərbinə mühüm yeniliklər gətirib, hələ öz dönəmində“Artilleriyanın allahı” adlandırılıb. Təkcə bir faktı qeyd edim ki,Şıxlınskinin hərbə, xüsusilə də artilleriyya gətirdiyi yeniliklərFransa, Almaniya və digər Qərb ölkələrində bu gün də tədrisedilməkdədir.
1904-1905-ci illərin rus-yapon müharibəsinin qəhrəmanı hesabedilən Şıxlınski, Birinci Dünya Müharibəsində də böyük igidliklərgöstərib, topçu hissələrinə bacarıqla rəhbərlik edib.
Əliağa Şıxlınskinin xalqımız qarşısındakı çoxsaylıxidmətlərindən biri də onun 1918-1920-ci illərdə Azərbaycan XalqCümhuriyyəti ordusunun formalaşmasından yaxından iştirak etməsi,Silahlı Qüvvələrin rəhbərliyində təmsil olunması ilə bağlıdır.Görkəmli general Azərbaycan Xalq Cümhuriyyətinin müdafiəsinə böyüktöhfələr verib, gənclərimizin hərb sənətinə marağınınartırılmasında, onların bu peşəyə gəlişində mühüm rol oynayıb.
Bu baxımdan, Əliağa Şıxlınskinin hərbi irsinin, həyat və döyüşyolunun gənclərimiz tərəfindən öyrənilməsi, dərindən mənimsənilməsivacibdir.
Xatırladım ki, həm Prezident İlham Əliyev, həm də Birincivitse-prezident Mehriban Əliyeva gənclərə müraciətində millitariximizin öyrənilməsinin vacibliyinə toxunub, bunu milli-mənəvidəyərlərimizin bir parçası kimi xarakterizə edib. Dövlət başçısıdəfələrlə vurğulayıb ki, gələcək təhülkəsizliyimiz və inkişafımızüçün milli tarixinə, soykökünə bağlı vətənpərvər gəncliyinyetişdirilməsi vacibdir və bu məsələ hər zaman diqqət mərkəzindəsaxlanılmalıdır. Bu baxımdan, Əliağa Şıxlınskinin həyatının, döyüşyolunun öyrənilməsi mühüm əhəmiyyətə malikdir və gənc nəsil buböyük vətənpərvərlik məktəbinə daim müraciət etməli, ondan mütəmadişəkildə faydalanmalıdır”.
Tədbirdə çıxış edən Azərbaycan Respublikasının əməkdar müəllimi,tarix üzrə fəlsəfə doktoru, dosent, Dövlət İdarəçilikAkademiyasının Tarix kafedrasının müdiri Firdovsiyyə ƏhmədovaƏliağa Şıxlınskinin həyat və döyüş yolu haqqında ətraflı çıxışedib. Əliağa Şıxlınskinin həm komandan, həm nəzəriyyəçi, həm dəpedaqoq kimi çoxşaxəli fəaliyyətlə məşğul olduğunu bildirənFirdovsiyyə Əhmədova, onun Cümhuriyyətin müdafiəsindəkixidmətlərinin də əvəzsiz olduğunu vurğulayıb.
Tədbirdə çıxış ehtiyatda olan polis polkovniki Sadir Məmmədov daƏliağa Şıxlınskinin dünya hərb tarixindəki roluna toxunub,Azərbaycan Silahlı Qüvvələrində xidmət edən hərbçilərin özsələflərinin irsini layiqincə davam etdirdiyini bildirib.
Tədbirin sonunda xatirə şəkli çəkilib.