Axar.az portalından verilən məlumata əsasən, ain.az bildirir.
Tehranda 12 min azarkeş tutumu olan stadiona zərbə endirilib.
Axar.az xəbər verir ki, bu barədə “Tasnim” məlumat yayıb.
Məlumata görə, əsasən voleybol oyunlarına ev sahibliyi edən kompleks Tehranın qərbindəki Azadi İdman Kompleksinin içərisində yerləşir.
Hücum zamanı İran Velosiped Federasiyasının yataqxanası və yeni binası, eləcə də əsas üzgüçülük hovuzu və kompleksdə yerləşən Avarçəkmə Federasiyasının ofisinin bir hissəsi də dağıdılıb.
Qeyd edək ki, İsrail və ABŞ 28 fevraldan İrana qarşı hərbi əməliyyata başlayıb. Zərbələr nəticəsində İranın ali dini lideri Əli Xamenei başda olmaqla, onlarla yüksək səviyyəli məmur ölüb.
İran cavab olaraq ABŞ-ın bölgədəki hərbi bazalarına və İsrailə zərbələr endirir. Buna baxmayaraq, bir çox halda qonşularının mülki infrasturkturu da vurulur.
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.