AZ

Mənsum İbrahimovla Xatirə küsülü imiş

ain.az xəbər verir, Axsham.az saytına əsaslanaraq.

"Mənsum İbrahimov məndən küsüb. İslam Rzayevdən sonra mənə dedi ki, küsmüşəm, niyə muğam oxumadın, davam etmədin?".

Axşam.az xəbər verir ki, bu sözləri müğənni Xatirə İslam "Rəngarəng" verilişində deyib. O bildirib ki, Xalq artisti Mənsum İbrahimovla küsülüdürlər.

Proqrama zəng edən M.İbrahimov "Hər zaman deyirəm: Onun səsi xanəndə səsidir. Ona hirslənirəm, deyirəm, bacarığın çoxdur. İstedadı var, zövqlə oxuyur. Heç olmasa iki adi mahnı oxuyanda, bir dənə də xalq mahnısı oxusun" sözlərini əlavə edib. 

Xatirə isə M.İbrahimovla uzun müddət sonra bu zənglə barışdıqlarını bildirib. 

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
30
axsam.az

1Mənbələr