Sabah saat 10:00-da Abşeron rayonunun Yoncalıq və Cantəpə yaşayış massivlərində, Binəqədi şosesi 1, 2, 3-cü döngələrdə, M.Ə.Sabir, Dədə Qorqud, Mirəli Qaşqay, Yusif Məmmədəliyev küçələrində 9 min istehlakçının qazı kəsiləcək.
Bizim.Media xəbər verir ki, bu barədə Sumqayıt Regional Qaz İstismarı İdarəsi məlumat yayıb.
Bildirilib ki, qaz təchizatının dayandırılması yeni çəkilmiş yeraltı qaz xəttinin mənbəyə qoşulması ilə əlaqədardır.
Qoşulma işləri başa çatandan mavi yanacağın verilişi bərpa ediləcək.
Bizim.Media
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta