AZ

Qripə yoluxma riskini azaltmağın yolları Pediatrdan AÇIQLAMA

ain.az, Redaktor.az saytına istinadən bildirir.

Pediatr Mariya Çaxnaşvili payız və yaz aylarında qripə yoluxma riskini azaltmaq yollarını açıqlayıb. 

Redaktor.az xəbər verir ki, o, bu haqda lenta.ru-ya danışıb.

Həkim bildirib ki, xəstələnmə riskini minimuma endirməyin ən əsas yolu gigiyena qaydalarına riayət etməkdir. Əl yumağın vacibliyini xatırladan Çaxnaşvili xüsusilə ictimai yerlərdən, nəqliyyatdan və xəstələrlə təmasdan sonra əllərin sabunla yuyulmasını tövsiyə edib. Əgər bu mümkün deyilsə, antiseptiklərdən istifadə etmək məsləhətdir.

“Əgər bilirsinizsə ki, ətrafınızdakı şəxslərdən biri artıq xəstədir, onunla yaxın təmasdan çəkinin. Əgər görüşməkdən qaçmaq mümkün deyilsə, maska taxmaqdan çəkinməyin”, – deyə pediatr məsləhət verib.

Pediatr həmçinin sağlam həyat tərzi prinsiplərinə riayət etməyi tövsiyə edib. O vurğulayıb ki, yalnız qripdən deyil, digər infeksiyalardan qorunmaq üçün kifayət qədər yuxu, balanslı qidalanma, müntəzəm fiziki aktivlik və stress səviyyəsinin nəzarətdə saxlanması kömək edir.

Aytəkin TOFİQQIZI

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
89
1
redaktor.az

2Mənbələr