AZ

İrandan böyük həcmdə kriptovalyuta axını başlayıb

ain.az, Yeniavaz portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

İranda hərbi əməliyyatların başlanmasından sonra ölkənin ən böyük kriptovalyuta birjalarından birindən milyonlarla dollar dəyərində rəqəmsal aktivlərin kütləvi şəkildə çıxarıldığı bildirilir.

Yeniavaz.com “Elliptic and Chainalysis” şirkətinin məlumatına istinadən xəbər verir ki, 28 fevral 2026-cı ildə hərbi əməliyyatlar başladıqdan dərhal sonra İranın aparıcı kripto birjalarından biri olan “Nobitex” platformasından vəsaitlərin çıxarılması kəskin artıb. Cəmi bir neçə dəqiqə ərzində vəsait axını əvvəlki göstəricilərlə müqayisədə təxminən 700 faiz yüksəlib.

Məlumata əsasən, yalnız hücumlardan sonrakı ilk saatlarda birjadan çıxarılan vəsaitlərin həcmi 2 milyon dolları keçib. Martın 2-dək isə ümumi çıxarılan rəqəmsal aktivlərin dəyəri 10,3 milyon dollara çatıb.

Ekspertlərin fikrincə, bu dinamika ölkədə kapitalın kütləvi şəkildə xaricə yönəlməsinin əlamətidir. Onların sözlərinə görə, bir çox İran vətəndaşı əmanətlərini milli valyutanın – rialın mümkün dəyər itkisindən və siyasi qeyri-müəyyənlikdən qorumaq üçün kriptovalyutaya yönəlir.

Analitiklər hesab edir ki, mövcud vəziyyətdə kriptovalyuta İran əhalisi üçün alternativ maliyyə vasitəsinə çevrilir. Rəqəmsal aktivlər insanlara həm ənənəvi bank sistemindən, həm də beynəlxalq sanksiyaların yaratdığı məhdudiyyətlərdən qismən yan keçməyə imkan verir.

Onu da qeyd edək ki, bu statistikaya yalnız kripto birjalarından axınlar daxildir, çünki P2P əməliyyatlarını dəqiq qeyd etmək faktiki olaraq mümkün deyil.

Məlumat üçün bildirək ki, P2P əməliyyatı (Peer-to-Peer) iki istifadəçi arasında birbaşa aparılan maliyyə və ya kriptovalyuta köçürməsidir. Bu zaman əməliyyat bank və ya böyük mərkəzləşdirilmiş vasitəçi olmadan həyata keçirilir. Bu cür əməliyyatlar İran kimi sanksiya və maliyyə nəzarətinin güclü olduğu ölkələrdə geniş yayılıb.Elnur Əli

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
101
1
yeniavaz.com

2Mənbələr