AZ

Əmək müqaviləsinin tərəfləri kimlərdir?

ain.az bildirir, Cebheinfo portalına istinadən.

Əmək Məcəlləsinə əsasən işçi ilə işəgötürən arasında bağlanan əmək müqaviləsi onların əmək münasibətlərinin hüquqi əsasını təşkil edir.

"Cebheinfo.az" xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məlumat yayıb.

Bildirilib ki, əmək müqaviləsi ilə işləməyən işçinin əmək və gələcək sosial təminat hüquqları da yaranmır.Çünki işçi yalnız əmək müqaviləsi ilə çalışdıqda qanunvericiliklə müəyyən edilmiş minimum məbləğdən az olmayan əməkhaqqı almaq; iş vaxtından artıq işlədikdə, həmçinin gecə vaxtı işə cəlb olunduqda əlavə əməkhaqqı almaq; sağlam və təhlükəsiz əmək şəraitində çalışmaq; sosial sığorta sistemində iştirak etmək və gələcəkdə pensiya hüququ qazanmaq; məzuniyyət hüququndan istifadə etmək və digər təminatlara sahib olur.

İşçi əmək fəaliyyəti zamanı əmək şəraiti, əmək funksiyası, iş vaxtı, əməkhaqqı və ya digər şərtlərlə razı olmadıqda, onların dəyişdirilməsi üçün işəgötürənə müraciət də edə bilər. Bu zaman Əmək Məcəlləsinə əsasən, əmək müqaviləsinin şərtləri tərəflərin qarşılıqlı razılığı ilə dəyişdirilə bilər.

Gülər 

"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
83
14
cebheinfo.az

10Mənbələr