ain.az, Cebheinfo portalına istinadən məlumat verir.
İran ordusunda xidmət edən Güney azərbaycanlı hərbçilərin ordu sıralarını tərk etmələri barədə xəbərlər yayılıb.
“Cebheinfo.az” Güney Azərbaycan Televiziyasına istinadən xəbər verir ki, azərbaycanlı ailələr ordudakı üzvlərinin ölümünün qarşısını almaq üçün, onların geri qayıtmalarını tələb edir.
“Xüsusilə İran rejiminin Türkiyə və Azərbaycan Respublikasına qarşı təcavüzkar və təhdid dolu bəyanatları, təxribatçı əməlləri, azərbaycanlı hərbçilərin xidmətdən imtina etmələrində əhəmiyyətli rol oynayır.
Bildirilib ki, 11-ci Marağa Artilleriya Qrupunda xidmət edən hərbçilərin əhəmiyyətli hissəsi, xidmət yerlərini tərk ediblər”,-deyə məlumatda qeyd edilir.
Müşfiq Abdulla
“Cebheinfo.az”
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.