AZ

Əziz Ələkbərli: Milli geyimlər mədəni irsimizin ayrılmaz hissəsidir

ain.az, Azertag portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Bakı, 5 mart, AZƏRTAC

Milli geyimlər xalqın identikliyinin, milli atributlarının ayrılmaz tərkib hissəsidir. Zəngin tarixə malik Azərbaycan xalqının çoxsaylı milli xüsusiyyətləri məhz geyim mədəniyyətində öz ifadəsini tapır. Geyimlər təkcə funksional xarakter daşımır, yəni yalnız “bədən əşyası” rolunu oynamır. Onlar eyni zamanda insanların sosial mövqeyinin güzgüsüdür və bu nümunələrdə bəzən bu gün tam açıb izah edə bilmədiyimiz çoxsaylı semiotik işarələr mövcuddur.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Qərbi Azərbaycan İcmasının İdarə Heyətinin sədri, Milli Məclisin deputatı Əziz Ələkbərli bildirib.

Onun sözlərinə görə, tarixən formalaşıb günümüzədək gəlib çatmış damğalar, ornamentlər və simvollar milli geyimlərdə aydın şəkildə əks olunur. “Bu kontekstdə Qərbi Azərbaycan da bizim tarixi torpaqlarımızdandır. Orada yaşamış soydaşlarımızın geyimləri ümum-Azərbaycan geyim mədəniyyətinin tərkib hissəsidir, eyni zamanda şübhəsiz ki, regional, hətta məhəlli xüsusiyyətlərə də malikdir. Buna görə həmin nümunələr sistemli şəkildə öyrənilməli və ictimaiyyətə təqdim olunmalıdır”, – deyə o əlavə edib.

Ə.Ələkbərli bu kimi layihələrin milli-mədəni irsin qorunması və təbliği baxımından xüsusi əhəmiyyət daşıdığını vurğulayaraq qeyd edib ki, milli geyimlər mədəni irsimizin ayrılmaz hissəsidir. Bu geyimlər həm də həmin geyimləri daşıyan insanların yaşadığı coğrafiyanın tarixi sakinləri olduğunu təsdiqləyən mühüm əlamətlərdən biridir.

Müxbir - Günel Alıyeva

Fotoqraf - Orxan Kərimov

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
2
1
azertag.az

2Mənbələr