ain.az, Qol.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Mərakeş millisində baş məşqçi dəyişikliyi
Mərakeş Futbol Federasiyası millinin baş məşqçisi Valid Reqragi ilə yollarını ayırıb.
QOL.az xəbər verir ki, bu barədə "L`Equipe" məlumat yayıb.
Tərəflər qarşılıqlı razılaşma əsasında müqaviləni ləğv etmək qərarına gəliblər. Bildirilib ki, komandanın yeni baş məşqçisi əvvəllər Mərakeşin U-20 yığmasında çalışmış Məhəmməd Vəhbi olacaq.
Qeyd edk ki, Reqraqi 2022-ci ildən Mərakeş millisinin baş məşqçisi idi. Onun rəhbərliyi altında komanda 2022-ci il dünya çempionatında tarixi bir nəticə əldə edərək 4-cü yeri tutub. Həmçinin Mərakeş 2025-ci il Afrika Millətlər Kubokunda ikinci olub.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.