Milli Məclisin sabiq deputatı, Vəhdət Partiyasının keçmiş sədri Tahir Kərimlinin yubileyidir.
Pravda.az xəbər verir ki, T.Kərimlinin 70 yaşı tamam olur.
Tahir Kərimli 5 mart 1956-cı ildə Ağsu şəhərində doğulub. 1973-cü ildə Ağsu şəhər 1 saylı orta məktəbi, 1983-cü ildə ADU-nun hüquq fakültəsini və ixtisas kurslarını bitirib.
Tahir Kərimli 1992–1993-cü illərdə Azərbaycan Respublikası Ali Məhkəməsinin sədri, 1990–1993-cü illərdə İsmayıllı rayon XDS-nin deputatı, 1990–1995-ci illərdə Azərbaycan Ali Sovetinin deputatı olub.
1992-ci ildə Azərbaycan Respublikası Prezidentinin təqdimatına əsasən Azərbaycan Milli Məclisi ona Ali Dərəcəli Hakim rütbəsini verib.
1998-ci ildən 2025-ci ilin iyun ayına qədər Vəhdət Partiyasının sədri olub. Azərbaycan Xalq Cəbhəsinin 2-ci Proqram və Nizamnaməsinin, Vəhdət Partiyasının Proqram və Nizamnaməsinin müəlliflərindən biridir.
Azərbaycan Respublikasının Milli Məclisi V və VI çağırış deputatı olub.
T.Kərimlini yubileyi münasibətilə təbrik edirik.