Pirallahı rayonunda “Şəhərsalma və Memarlıq İli” çərçivəsində ağacəkmə aksiyası təşkil olunub.
"Unikal" xəbər verir ki, aksiyada Yeni Azərbaycan Partiyası (YAP) Pirallahı rayon təşkilatının sədri Emil Abasov, Pirallahı Rayon İcra Hakimiyyətinin başçısı Vasif İmanov, partiya fəalları, RİH başçısı Aparatının məsul əməkdaşları və Rayon Mənzil-Kommunal Təsərrüfat Birliyinin nümayəndələri iştirak ediblər.
Aksiya çərçivəsində Pirallahı qəsəbəsinin giriş hissəsində 100 ədəd müxtəlif növ ağac əkilib. Əkilən ağaclara aqrotexniki qulluq göstərilib.
Ağacəkmə aksiyası ətraf mühitin qorunması, yaşıllıq sahələrinin genişləndirilməsi və rayon ərazisinin ekoloji vəziyyətinin daha da yaxşılaşdırılması məqsədi daşıyır.