AZ

İncəsənət məktəb və mərkəzlərinə təhsilalanların qəbulu üçün müraciətlər davam edir

Azertag saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Bakı, 5 mart, AZƏRTAC

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin tabeliyində fəaliyyət göstərən incəsənət məktəb və mərkəzlərinə 2026/2027-ci tədris ili üzrə təhsilalanların qəbulu üçün müraciətlər davam edir.

Bu barədə AZƏRTAC-a Mədəniyyət Nazirliyindən məlumat verilib.

Bildirilib ki, qəbul prosesi vahid elektron sistem üzərindən və müsabiqə əsasında həyata keçirilir. Qəbul üçün müraciətlər fevralın 16-dan martın 18-dək “MyCulture” vahid şəxsi kabineti vasitəsilə elektron qaydada təqdim olunmalıdır.

Qəbul şərtləri, yaş hədləri, imtahan meyarları və digər məlumatlarla nazirliyin rəsmi informasiya resurslarında yerləşdirilmiş “Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin tabeliyində fəaliyyət göstərən incəsənət məktəb və mərkəzlərinə təhsilalanların qəbulu və yerdəyişməsi Qaydaları” ilə tanış ola bilərsiniz.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
1
1
azertag.az

2Mənbələr