Bizim media saytından alınan məlumatlara görə, ain.az xəbər verir.
Xəbər verdiyimiz kimi, ötən gün Şəkidə 64 yaşlı kişini elektrik cərəyanı vuraraq öldürüb.Bizm.Media-nın yerli bürosu xəbər verir ki, bədbəxt hadisə rayonun Kiçik Dəhnə kəndində baş verib.Baş vermis hadisə ilə bağlı mərhumun yaxınları müsahibə verməsələr də söhbət əsnasında məlum olub ki, 64 yaşlı Ramiz Məcidov müxtəlif xəstəliklərdən əziyyət çəkirmiş. Axşam radələrində işıqların sönməsi onu narahat edib və evinin yaxınlığında yerləşən transformatorun içərisində olan elektrik naqillərinə toxunub. Beləcə bu müdaxilə ona həyatı bahasına başa gəlib. Hadisədən yaxınları bir qədər sonra xəbər tutublar. Onda isə gec olub. Hazırda faktla bağlı rayon prokurorluğunda araşdırma davam etdirilir.

Tural Rasimoğlu, Bizim.Media, Şimal-Qərb bürosu
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.